BDYPİ-nin Ekoloji nəzarət bölüyü tərəfindən keçirilən əməliyyatla "Khazar" markalı avtomobilin sürücüsü Elgün Əhmədov ictimai qaydanı kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyinə görə saxlanılıb.Araşdırma zamanı məlum olub ki, E.Əhmədov əhalinin dincliyini nümayişkaranə şəkildə pozan qanunsuz əməllərini narkotik vasitənin təsiri altında idarə etdiyi kirayə götürülmüş avtomobillə törədib.Faktiki olaraq faciənin bir addımlığında olduqlarını nəzərə almayan sərnişinlər isə E.Əhmədovu hüquqazidd davranışlardan çəkindirmək əvəzinə, baş verənləri videogörüntüyə almaqla, onu daha da həvəsləndirməyə çalışıblar.E.Əhmədov barəsində toplanmış materiallar əsasında o, 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 1 aylıq inzibati həbs olunub.
24 iyun 2026

