Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar tutulub

2021-09-01 14:04

Ağstafa Polisi narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Elmar Kərimovu saxlayıb. Ondan 2 ədəd sellofan bükümdə “heroin” və 2 ədəd sellofan bükümdə “metamfetamin” aşkar edilərək götürlüb. Dindirilmə zamanı o narkotik maddəni onlayn yolla Bakı şəhərindən əldə etdiyini bir qismini isə dostu Sərxan adlı şəxsin avtomobilində saxladığını bildirib. Polis əməkdaşları sözü gedən avtomobilə baxış keçirib və oradakı əl çantasından 1 ədəd sellofan bükümdə “heroin”, 3 sellofan bükümdə patı”, “tiryək”, qurudulmuş “marixuana”, həmçinin narkotik vasitələri qablaşdırmaq üçün müxtəlif sellofan torbalar və 1 ədəd elektron tərəzi aşkar edilərək götürlüb. E. Kərimovun ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində o, əldə etdiyi narkotik vasitənin bir qismini dostu, Qazax rayon sakini, Sərxan Əfəndiyevə verdiyini bildirib. Sözügedən avtomobilə baxış keçirilən zaman, yük yerindən S. Əfəndiyevə məxsus çantadakı siqaret qutusunun içərisindən 1 ədəd sellofan bükümdə “heroin” və “metamfetamin” aşkar edilərək götürlüb. S. Əfəndiyev də saxlanılaraq istintaqa təhvil verilib. Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində ümumilikdə 60.681 qram “metamfetamin”, 95.115 qram “heroin”, 2.517 qram “tiryək” və 0.340 qram qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Vüsalə camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik