Narkotik vasitə aşkarlanan 3 nəfər saxlanılıb
Yevlax sakininin evinin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qulluq edilərək yetişdirilmiş 26 ədəd çətənə bitkisi və 6 kiloqram marixuana aşkar olunub. Rüstəm Abışzadə saxlanılıb.
Heroinin qanunsuz dövriyyəsini təşkil edən Hafiz Məmmədov da tutulub.
Davam etdirilən tədbirlərlə Şirvan şəhər sakini Teymur Əkbərov da saxlanılıb. Ondan da külli miqdarda heroin aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Fərid Mehdiyev