Narkotik və silah saxlayan, oğurluq edən şəxslər saxlanılıblar
Göyçayda Gəncə sakini Heydər Həsənov saxlanılıb. Ondan 31 qram heroin, külli miqdarda metamfetamin, eləcə də “Makarov” markalı tapança, həmin silaha məxsus 6 ədəd patron və sandıqça götürülüb.
Növbəti əməliyyat zamanı Göyçay sakini Elvin Ədilov tutulub və üzərində heroin aşkarlanıb.
Şəhərdə yerləşən mənzillərin birindən 2 000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayan, rayon sakini Natiq Soltanov da tutularaq istintaqa təhvil verilib.
Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Nərgiz Camalzadə