Narkotik təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıblar
2021-12-16 14:09
Salyanın Qarabağlı kəndində Şirvan sakini Qasım Cəbiyevin idarə etdiyi “VAZ-2106”, Sumqayıtda Qazax sakini Balakişi Hüseynovun idarə etdiyi “Mercedes” və Binəqədi rayonunda Zərdab sakini Mahir Mehdiyevin idarə etdiyi “Khazar” markalı avtomobillər saxlanılıblar. Həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. Barələrində protokollar tərtib olunub.
Vüsalə camal