Narkotik tərkibli həbləri Bakıda satmaq istəyən narkoşəbəkənin üzvləri saxlanılıblar
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik tərkibli həbləri Bakıya daşıyaraq burada satışını təşkil etmək istəyən narkoşəbəkənin üzvləri Yardımlı rayonu ərazisində saxlanılıblar. Onlardan 10 000 ədəd metadon həbi aşkarlanıb. Əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakinləri Vasif Kazımov, Vurğun Abıyev həmçinin Yardımlı rayon sakinləri - Rafət Məcidli və Muxtar Bayıyev yaxalanıblar. Saxlanılan şəxslərin hamısı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Azad Mustafayev