Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan qardaşlar saxlanılıb
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Elnur və Samir Qəhrəmanov qardaşlarını saxlayıblar. Onların yaşadığı ünvandan 17 ədəd xüsusi aqrotexniki qaydada yetişdirilmiş çətənə kolu aşkarlanıb.
Davam etdirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər yaxalanıblar.
Zülfiyyə Telmanqızı