Narkotik satan və silah daşıyan şəxslərə qarşı əməliyyat keçirilib
2021-06-13 18:05
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar həyata keçirilib. Əli Abbaslı, tanışı Ələkbər Məmmədov, Aqil Qarayev və Hamlet Vəliyev saxlanılıblar. Onlardan ümumilikdə 23 kiloqram heroin, marixuana və 1590 ədəd metadon həbi götürülüb. Digər əməliyyatlar zamanı Natiq Səfərov və Ceyhun Nuriyev tutulublar. Onlardan 2 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunub.
Nərgiz camal