Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olunub
Masallıda "Mercedes" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün polis tərəfindən ona “saxla” işarəsi verilib.Yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən T.Əliyev narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından o, tibbi müayinədən keçirilib. Onun narkotik vasitədən istifadə etdiyi müəyyənləşib və həbs olunub.
04 sentyabr 2026

