Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları narkotik vasitənin təsiri altında avtobus idarə edən Zaqatala sakini Elvin Məmmədovu manevr qaydalarını pozduğu üçün saxlayıb. Tibbi müayinə zamanı onun narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib. Sürücü barəsində 20 gün müddətində inzibati qaydada həbs tətbiq olunub.
30 oktyabr 2026

