Narkokuryerliklə məşğul olanlar tutulub
Narkokuryerlik etdikləri üçün saxlanılan şəxslərdə narkotik vasitələr götürülüb. Bakıda narkokuryerliklə məşğul olan 21 yaşlı Ağabəy Vəlicanov və əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Elxan Həsənov saxlanılıblar. Onlardan ümumilikdə 2 kiloqram heroin və 1 kiloqram marixuana aşkar olunub. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər həbs edilib.
1948-ci il təvəlüldlü Arif Abasovdan isə 400 ədəd satışı qadağan olunan tramadol həbi aşkar olunub. Arif Abasovun həbləri əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Vüsalə Cənnətova