Narkokuryerlə polis arasında atışma olub, 1 nəfər yaralanıb
2021-04-02 18:12
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları əvvəllər məhkum edilmiş Vüqar Cəfərovu 22 kiloqram marixuana, 4 kiloqram heroin, 6 kiloqram metamfetamin və 1600 ədəd metadon həbi ilə saxlayıb. Cəfərovla narkotiklərin qanunsuz dövriyyəsində əlbir olan Rövşən Qasımov “Opel”lə qaçmağa cəhd göstərib, odlu silahla polis əməkdaşlarına atəş açıb. O, xidməti silahdan açılan atəş nəticəsində saxlanılıb. Rövşən Qasımova ilkin tibbi yardım edilib və o, xəstəxanaya yerləşdirilib. Ondan “Makarov” markalı tapança, patronlar, 500 qram metamfetamin götürülüb.
Vüsalə camal