Narıncı zonanın işsizlərinə 190 manat veriləcək
2020-06-23 16:00
Azərbaycan dövlətinin pandemiya dövründə öz vətəndaşlarına ardıcıl sosial dəstəyinin davamı olaraq Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli Qərarına əsasən 190 manat məbləğində birdəfəlik ödəməni alan şəxslərə eyni məbləğdə ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək. Proses karantin rejimi sərtləşdirilən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə reallaşacaq. Ödəmə həmin şəxslərin banklar tərəfindən təqdim edilən bank kartlarına köçürüləcək.
Vüsalə Camal