Naməlum şəraitdə itkin düşmüş hərbçimizin nəşi tapılıb, cinayət işi başlanılıb
İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında Naxçıvanın Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Şahidlər dindirilib. Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda cinayət işi başlanılıb. Qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
b> Vüsalə Cənnətova