Naftalanda Xüsusi karantin rejimi ilə bağlı reydlər davam etdirilir
2020-01-05 18:05
Naftalanda Xüsusi karantin rejimi ilə bağlı reydlər davam etdirilir. Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq keçirilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 117 vətəndaş, eləcə də karantin rejiminin tələblərinə zidd olaraq fəaliyyət göstər 1 iaşə obyekti aşkar edilərək barələrində müvafiq qanunlara uyğun tədbir görülüb. Bundan başqa koronavirus testinin nəticəsi pozitiv çıxmasına baxmayaraq yaşayış yerini tərk edən 1 nəfər saxlanılaraq yaşadığı ünvana qaytarılıb və barəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Nərgiz camal