Naftalanda mini kitabxana istifadəyə verilib
2020-06-02 16:07
Əsasən Avropa və Amerika qitələrində müxtəlif yaş kateqoriyalarında böyük oxucu kütləsi qazanan “Little Free Library” Naftalanda istifadəyə verilib. Mini kitabxana pulsuz fəaliyyət göstərir ilk dəfə məhz Azərbaycanda - kurort şəhərində açılıb. Məqsəd yerli və xarici turistlərin intellektual tələbatının mütaliə vasitəsilə ödənilməsidir. Kitabxanada Azərbaycan dili ilə yanaşı Rus, İngilis və Türk dillərində hər yaşa uyğun kitablar sərgilənir.
Vüsalə Camal