Naftalanda mərmi düşən daha iki ev dağılıb
2020-10-01 12:00
Ötən gecə Naftalan rayonunun Qaşaltı kəndi düşmən təxribatına məruz qalıb. Ağır artilleriya silahlarının mərmiləri kənd sakinləri Səmayə Babayeva və Füzuli Bədəlova məxsus evlərə düşüb. Səmayə Babayevanın evi yanaraq, tam yararsız hala düşüb. Digər evin isə bir hissəsi dağılıb. Bununla da, sentyabrın 27-dən indiyədək Qaşaltıda mərmi düşməsi nəticəsində dağılan evlərin sayı 3-ə çatıb.
Nərgiz Camal