Naftalana gələn turistlərin say artıb
Bayramlar münasibətilə Naftalana üz tutan yerli və xarici turistlərin sayında əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə artım olub. Şəhərin otel və istirahət mərkəzlərində bayram günlərində ümumilikdə, 3000-ə yaxın turist qeydə alınıb. Turistlərin daha mənalı istirahəti üçün turizm obyektləri tərəfindən Naftalana yaxın mənzərəli bölgələrə ekskursiyalar da təşkil edilib.