Naftalan ictimaiyyətindən Türkiyəyə yardım
Türkiyədə baş verən zəlzələdə çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq Naftalan ictimaiyyəti də dəstək nümayiş etdirir. Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Türkiyənin Gəncədəki baş konsulluğunda olub, matəmlə əlaqədar olaraq baş konsul Recep Öztopa başsağlığı verib. Şəhər ictimaiyyəti tərəfindən qardaş Türkiyədə təbii fəlakətdən zərər çəkən şəxslərə humanitar yardım toplanıldığı və Gəncədəki toplama məntəqəsinə gətirildiyi vurğulanıb. Baş konsul digər Azərbaycan vətəndaşları kimi, Naftalan sakinlərinin də göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.
Nərgiz Camalzadə