Naftalanın turist qəbulu artacaq
2020-02-20 14:04
Naftalanın gündəlik turist qəbulu 3500 nəfərədək yüksələcək. Bu şəhərdə istifadəyə veriləcək yeni hotel və sanatoriyaların hesabına mümkün olacaq. Turizm şəhəri olan Naftalan ötən il 40 mindən çox turist qəbul edib. Bunun da 40 faizi 61 ölkəni təmsil edən xaricilər olub. Şəhərdə fəaliyyət göstərən 11 turizm obyektində gündəlik olaraq 2500 nəfər istirahət edə və müalicə ala bilir.
Ruhəngiz Hacızadə