Naftalanın Qaşaltı Qaraqoyunlu kəndində vətəndaşa məxsus evdə yanğın baş verib
2020-10-01 13:06
Naftalanın Qaşaltı Qaraqoyunlu kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Hadisə yerinə cəlb edilən Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının müdaxiləsi sayəsində evin bir hissəsi alovdan mühafizə olunub. Bundan başqa, Tərtərin Səhləbad kəndində təsərrüfat obyekti yanıb. Ərazi intensiv atəşə tutulduğundan yanğınsöndürmə qüvvələri əməliyyatı başa çatdıra bilməyiblər. Tərtərdə qəbiristanlıq ərazisinə mərmi düşməsi nəticəsində başlayan yanğına da müdaxilə mümkün olmayıb.
Fərid Mehdiyev