Növbəti köç karvanı Laçına yola salınıb
Laçın şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşan daha 20 ailə - 68 nəfər köçürülüb. İndiyədək Laçın şəhərində 513 ailənin, yəni 1906 nəfərin daimi məskunlaşması təmin edilib.
Azad Mustafayev