Növbəti imtahan keçiriləcək
2020-09-09 14:02
Sabah Dövlət İmtahan Mərkəzi iyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə imtahanlarında iştirak etməyən 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirəcək. 20 mindən çox şagirdin qatılacağı proses 15 şəhər və rayonda, o cümlədən Gəncədə təşkil olunacaq. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün istifadə etməlidirlər.
Nərgiz Camal