Növbədənkənar prezident seçkilərinin müşahidəsi üçün MSK-ya ərizə təqdim edilməsi müddəti sabah başa çatır
Növbədənkənar prezident seçkilərində seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət sabah başa çatır. Seçki Məcəlləsinə əsasən, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşı seçkilərin təyin edildiyi gündən başlayaraq prosesin keçirilməsinə 5 gün qalanadək sözügedən ərizələri təqdim etməlidir.
Vüsalə Cənnətova