Mərasim evinin tavanı çökdü, xəsarət alanlar var
Bakıda mərasim evinin tavanı çöküb. İkimərtəbəli tikilinin 1-ci mərtəbəsinin tavanı uçub. Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə bağlı araşdırma aparılır.
Fərid Mehdiyev