Mədəniyyət Mərkəzlərinin direktorları cəzalandırılıblar
Ağcabədi rayon Mədəniyyət Mərkəzinin direktoru, rayon Kəhrizli və Boyat kəndlərindəki uşaq musiqi məktəblərində direktor vəzifəsini müvəqqəti icra edənlər, Laçın rayon Mədəniyyət Mərkəzinin direktoru və rayonun Şəmkənd kənd uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən şəxs cəzalandırılıb. Onlara töhmət verilməsinə səbəb "Əmək və Məşğulluq" altsistemində əməkdaşların əmək müqaviləsi bildirişlərinin icrasına vaxtında va düzgün qaydada yerinə yetirilməsinə nəzarət, eyni zamanda işdən azad edilmiş əməkdaşların xitam əmrləri haqqında məlumatları qanunda nəzərdə tutulmuş müddət ərzində sistemə daxil etməmələri olub.
Vüsalə Cənnətova