Müəllimlərin təkrar sertifikasiya imtahanı ilə bağlı apellyasiya nəticələri növbəti həftədə açıqlanacaq
İyunun 8-də keçirilən müəllimlərin təkrar sertifikasiya imtahanı ilə bağlı 1000-dən artıq müəllim apellyasiya müraciəti edib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, müraciətlər emal mərhələsindədir. Nəticələr növbəti həftənin ilk günlərində açıqlanacaq.
Vüsalə Cənnətova