Müəllim və məktəblilər mikroavtobusda dəm qazından zəhərləniblər
Saatlıda müəllim və 8 məktəbli mikroavtobusda dəm qazından zəhərlənib. Hadisə rayonun Qaranuru kəndində baş verib. Hadisə dərsə gedərkən mikroavtobusda dəm qazının sızması nəticəsində baş verib. Dəm qazından zəhərlənənlər Saatlı rayon xəstəxanasına yerləşdiriliblər. Onların səhhətinin qənaətbaəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev