Müharibə əlillərinə 70 avtomobil verilib
Birinci Qarabağ müharibəsi əlillərinə və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə daha 70 avtomobil verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən qeyd olunub ki, postmüharibə dövründə 500-dək, ümumilikdə ötən dövrdə 7600-dən çox avtomobil imtiyazlı kateqoriyadan olan şəxslərə verilib.
Fərid Mehdiyev