Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyəyə yardım göndərilib
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvlərinin qardaş ölkədə zərərçəkənlərə yardım etmələri üçün müvafiq hərbi hissələrdə toplama məntəqələri yaradılıb. Könüllü şəkildə gətirilən geyimlər və ərzaq məhsulları təyin olunmuş məntəqələrdə toplanıb, çeşidlənərək bağlamalara yığıldıqdan sonra yük avtomobili vasitəsilə Türkiyəyə yola salınıb.
Azərbaycanlı xilasedicilər Kahramanmaraşda dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 147 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Fövqəladə hallar Nazirliyinin mobil səhra hospitalı da Kahramanmaraşda fəaliyyətə başlayıb.
Nərgiz Camalzadə