Müdafiə Nazirliyi Fransanın təxribatçı fəaliyyəti bağlı bəyanat verib
Mediada Fransa ilə Ermənistan arasında özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı barədə məlumat verilir. Azərbaycanın xəbərdarlığına rəğmən Ermənistanı hücum təyinatlı silah növləri ilə təchiz etməsi Fransanın təxribatçı fəaliyyət aparmasının sübutudur. Müdafiə Nazirliyindən bəyan edilib ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə görə məsuliyyəti Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq.
Vüsalə Cənnətova