Müdafiə naziri Qazaxıstana səfər edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini izləmək üçün qardaş ölkəyə səfər edib. Müdafiə naziri təlimin "Oymaşa" təlim poliqonu və Xəzər dənizinin akvatoriyasının Tokmak burnunda icra ediləcək epizodlarını izləyəcək.
Fərid Mehdiyev