Mübahisə bıçaqlanma ilə nəticələndi
Bakıda mağazalardan birində 1991-ci il təvəllüdlü Nurlan Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun aralarında yaranmış mübahisə zamanı həmin şəxsi bıçaqlayaraq öldürdüyü müəyyən edilib. Əhməd Hüseynov könüllü olaraq təslim olub.
Faktla bağlı cinayət işi başlanılıb.
Fərid Mehdiyev