Muxtar Babayev COP29-un əsas məqsədlərini açıqlayıb
Son iki ildə Avropa, o cümlədən Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələri şaxələndirilib və siyasi iradə olarsa, enerji keçidinin nə qədər tez həyata keçirilə biləcəyini göstərib. Bunu COP29 Tərəflər Konfransının 29-cu sessiyasının sədri Muxtar Babayev “The Guardian” qəzetinə bildirib. "Minalardan təmizlənmiş torpaqlarımızda tikilən dünyanın ən böyük günəş paneli qurğularından birinin bir hissəsi olacaq təməl işlərinə ötən ay başlanılıb. Günəş və hidroenergetikanın gələcək inkişafı iqtisadiyyatı bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalına keçirəcək." - deyə Muxtar Babayev əlavə edib.
Vüsalə Cənnətova