Muxtar Babayev Con Kerri ilə görüşüb
Ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev Vaşinqtonda ABŞ-ın keçmiş dövlət katibi Con Kerri ilə görüşüb. Görüşdə COP29-a hazırlıq, planetin gələcək nəsillər üçün əlverişli iqlim şəraitinin təmin edilməsində birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Muxtar Babayev Amerikada Avropa İnvestisiya Bankının rəhbəri Nadia Kalvino ilə də görüşüb.
Azad Mustafayev