Mustafa Dənizli istefa verib

2019-05-15/ 12:19

Türkiyənin “Kasımpaşa” futbol komandasının baş məşqçisi Mustafa Dənizli istefa verib. 70 yaşlı mütəxəssis çempionatda yüksək yerləri tutmaq hədəflərinə çata bilmədiyi üçün istefa verdiyini bildirib. Mustafa Dənizli 2018-ci ildən klubun baş məşqçisi idi. Dənizli daha əvvəl Türkiyə millisinin, həmçinin Azərbaycanın “Xəzər Lənkəran” klubunun baş məşqçisi olub.

Fərid Mehdiyev