Mustafa Şentop Ermənistanın silahlandırılmasını işğalçıya dəstək adlandırıb
2020-10-19 11:03
“Dağlıq Qarabağ heç bir zaman Azərbaycandan ayrı olmayıb və bundan sonra da olmayacaq. Bütün benyəlxalq təşkilatlar da Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu və Ermənistan tərəfindən işğal olduğunu qeyd edir. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Gəncədə mülki əhalinin atəşə tutulmasını müharibə cinayəti adlandırıb və bunu edən Ermənistan rəsmilərinin məsuliyyətə cəlb ediləcəyinə əminliyini qeyd edib. "Ermənistan işğalçı bir dövlətdir. Onun silahlandırılması işğalçıya olan dəstəkdir. Azərbaycan haqq, ədalət yolundadır”.
Nərgiz Camal