Musiqi məktəblərinə qəbul imtahanlarının nəticələri bəlli olub
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub. İmtahan nəticələrinə görə, ödənişsiz yerlərə qəbul olunanların sayı 9 428, ödənişli yerləri qazananlar isə 2 768 nəfər olub. Bu göstərici ötən illə müqayisədə 2000 nəfərə yaxın daha çoxdur. Uğurlu nəticə göstərənlər avqustun 15-dək elektron qəbul prosesini öz şəxsi kabinetləri vasitəsilə tamamlamalıdır.
Zülfiyyə Telmanqızı