Musiqi, incəsənət, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə imtahan keçiriləcək
Dövlət İmtahan Mərkəzi Mədəniyyət Nazirliyi ilə birgə iyunun 2-də musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbulu üzrə test imtahanı keçirəcək. İmtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 1044 namizəd qeydiyyatdan keçib.
Fərid Mehdiyev