Mundialların seçmə və final mərhələlərində ən çox qol vurmuş futbolçular bəlli olub
Dünya çempionatının seçmə və final mərhələlərində indiyədək ən çox qol vurmuş futbolçular bəlli olub. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasından bildirilib ki, ilk pillədə Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu qərarlaşıb. Hazırda İngiltərə "Mançester Yunayted"ində çıxış edən 37 yaşlı forvard ümumilikdə 43 qola imza atıb. Siyahıda 4-cü yerdə 36 qolla İran yığmasının əslən azərbaycanlı sabiq hücumçusu Əli Daeyi də var.