2020-11-04 10:05
"Ermənistan Tərtər rayonunun dinc sakinlərinə qarşı fosforlu mərmilərdən istifadəyə davam edir". Prezidentin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyanın açıqlamasını da şərh edərək nazirliyin uydurmalara əsaslanaraq Azərbaycanda mülki insanlara qarşı hücumlar üçün zəmin hazırladığını bildirib. Hacıyev digər iki paylaşımında Azərbaycanın çoxmədəniyyətli cəmiyyət olmasını və ermənilərin ölkəmizin digər bölgələrində problemsiz yaşamasını qeyd edib. Multikulturalizm Azərbaycanın qürurudur deyən Prezidentin köməkçisi Azərbaycanın rus icması və bütün digər etnik qrupların ölkəmizdə multikultural dəyərlərlə rahat yaşadıqlarını bildirdikləri video-çarxı da paylaşıb.
Vəfa Şairova