MSK-ya edilən müraciətlərin sayı mini keçib

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, Mərkəzi Seçki Komissiyasına edilən müraciətlərin sayı mini keçib. Bunların 506-sı siyası partiyalardan gəlib, 471-i isə fərdi müraciətlərdir. 1017 nəfərdən 839-u artıq təsdiq olunub. 721 nəfər artıq imza vərəqi alıblar. Bunlardan da 19 nəfər qeydə alınıb. 5 nəfər siyasi partiyaların namizədləridir.

Vəfa Şairova