Canlı
MSK prezident seçkilərinə yekun vurdu. İlham Əliyev 86,02 faiz səs toplayıb

2018-04-16 / 08:56

Mərkəzi Seçki Komissiyası ötəngünkü iclasında aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurub. Seçki Məcəlləsinin tələblərinə əsasən, seçkilərin nəticələrinə dair protokolun müvafiq sənədlərlə birlikdə Azərbaycan Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edilib. Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb.

Vəfa Şairova