MSK parlamant seçkiləri ilə bağlı proseslərə 20 gün müddətində yekun vuracaq
Bu gündən etibarən dairə seçki komissiyalarının protokolları MSK-ya daxil olmağa başlayıb. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, iki gün müddətində bütün 125 seçki dairəsindən DSK-nın protokolları MSK-ya daxil olduqdan sonra MSK-nın üzvləri, işçi və ekspert qrupları bu sənədləri araşdıracaq. Komissiya bu proseslərə ən geci 20 gün müddətində yekun vuracaq. Araşdırmalar başa çatdıqdan sonra MSK qərar qəbul edəcək və daxil olmuş bütün sənədlər MSK-nın və DSK-ların protokolları ilə birlikdə Konstitusiya Məhkəməsinə təqdim olunacaq.
Zülfiyyə Telmanqızı