MSK-nın iclasında növbədənkənar prezident seçkiləri ilə bağlı qərar veriləcək
Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək və növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı qərar veriləcək. Seçki Məcəlləsinə əsasən, Prezident növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra prezidentliyə namizədlər irəli sürülür.
Fərid Mehdiyev