Mourinyo "Real Madrid"ə dönür

2019-01-10 / 14:08

İspaniyanın “Real Madrid” klubunun rəhbərliyi Joze Mourinyo ilə danışıqlara başlayıb. Paytaxt təmsilçisi ötən ay İngiltərə “Mançester Yunayted”inin baş məşqçi postundan istefaya göndərilmiş portuqaliyalı mütəxəssisi yenidən komandanın sükanı arxasında görmək istəyir. Lakin 54 yaşlı Mourinyo sabiq klubundan qovulmasının müqabilində təzminatını ala bilmədiyi üçün hələlik “Real Madrid”də işə başlaya bilmir.

Ruhəngiz Hacızadə