Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb
Moskva-Bakı reysi ilə gələn Rusiya vətəndaşının baqajına baxış zamanı bəyan edilməyən dərman vasitələri aşkar olunub.Dövlət Gömrük Komitəsinin məlumatına görə, yoxlama zamanı 5 adda 9 min 900 həb və 250 iynə götürülüb.Faktla bağlı araşdırma aparılır.
27 noyabr 2026

