Canlı
Moskvada FİFA-nın növbəti konqresi keçiriləcək

2018-05-16 / 14:20

İyunun 13-də Moskvada FİFA-nın növbəti konqresi keçiriləcək. Rusiya paytaxtında müzakirə olunacaq əsas məsələ 4 il sonra Qətərdə keçiriləcək dünya çempionatı üçün iştirakçı komandaların sayının müəyyənləşdirilməsidir. Konqresdə 2026-cı ildə baş tutacaq futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkənin adı da müəyyənləşəcək. Mundialı təşkil etməyə ABŞ, Meksika və Kanada birlikdə, eləcə də Mərakeş iddialıdır.

Ruhəngiz Hacızadə