Moratinos: Hər şeyi öz gözlərimlə gördüm, Qarabağda mədəni abidələr dağıdılmışdı
Münaqişələr zamanı abidələr və ibadət yerləri toxunulmaz olmalıdır.Bunu BMT Baş katibinin müavini BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda deyib."Müharibədən sonra mən hər şeyi öz gözlərimlə gördüm. Qarabağda mədəni abidələr dağıdılmışdı, hətta torpaqlar yandırılmışdı, məhv edilmişdi. Bütün bunları açıq şəkildə açıqlamalarımda da danışmışam. Çünki insanların ibadət yerlərinin, mədəni irsinin dağıdılması yolverilməzdir"-deyə elçi bildirib.
27 oktyabr 2026

