Monteneqro hökuməti Azərbaycan vətəndaşları üçün yeni viza prosedurlarını açıqlayıb
Monteneqro hökuməti Azərbaycan vətəndaşları üçün viza müraciəti qaydalarını açıqlayıb. Belə ki, turist və iş vizaları üçün sənədlər VFS Global viza mərkəzi vasitəsilə qəbul olunacaq. Monteneqronun Azərbaycandakı diplomatik ofisinin rəhbəri Militsa Buriç müraciət qaydaları ilə bağlı məlumatların VFS Global Azerbaijan platformasında yerləşdirildiyini bildirib. Qeyd edək ki, Monteneqro bu ilin yanvarından Azərbaycanla viza rejimi tətbiq edir.

